“Su bərəsi betonlanmadığı üçün evimin altına su dolub” - GÖYÇAY SAKİNİ RƏSMİ QURUMLARDAN ŞİKAYƏTÇİDİR

2022-11-15 12:13:00

“Su bərəsi betonlanmadığı üçün evimin altına su dolub” - GÖYÇAY SAKİNİ RƏSMİ QURUMLARDAN ŞİKAYƏTÇİDİR

Əliyar Həşimov: “Şakir Əhmədov bilərəkdən məni sizdən narazı salır, əks halda, mənim problemimi dərhal həll edərdi”

Göyçay şəhər sakini, İbrahim Göyçaylı küçəsi 4/7 ünvanında yaşayan Həşimov Əliyar Məmməd oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Bu şikayət ərizəmlə yazıb sizdən xahiş edirəm ki, göstərdiyim cinayət faktları obyektiv araşdırlıb, qanuna müvafiq tədbirlər görülməsinə tapşırıq verəsiniz.

Mən Həşimov Əliyar Məmməd oğlu, dəfələrlə Göyçay Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədova, yaşadığım həyətyanı sahədən keçən arxla bağlı müraciət edərək bildirmişəm ki, su arxının təxminən 100 (yüz metr) məsafəsinə beton vurulsa, arxın su hövzəsi daşmaz və mənim yaşadığım evin altına su dolub, evimi qəzalı vəziyyətə düşməsinə gətirib çıxartmaz.

Lakin dəfələrlə Göyçay Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədovun işçiləri və Lətif adlı mühəndisi evimə gəlib baxaraq, heç bir iş görməyiblər. Su bərəsi betonlanmadığı üçün daşıb evimin altına su dolub. Nəticədə isə evim qəzalı vəziyyətə düşüb ki, hər an uça bilər. Buna görə həyat və sağlamlığımız ciddi təhlükə altındadır.

Mən üzləşdiyim bu problemin həll edilməsi üçün aidiyyatı orqanlara çoxlu sayda ərizələrlə müraciətlər etmişəm, ancaq heç bir tədbir görülməyib.

Göyçay Suvarma Sistemləri İdarəsinin rəisi  Şakir Əhmədovun korrupsiya əməlləri barədə mətbuatda tez-tez yazılar dərc olunur, faktlar göstərilir, ancaq adam barəsində heç bir tədbir görülmür.

Xahiş edirəm, mənim evimin yanından keçən arxın 100 (yüz) metr hissəsinin betonlanması üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı açıq səhmdar cəmiyyətinin sədri, cənab Zaur Mikayılova tapşırıq verəsiniz. Çünki Şakir Əhmədov mənim xahişimi nəzərə almır.

Mənim oğlum Orxan Vətən müharibəsində qazi olub. O, Suqovuşan, Ağdərə, Qubadlı uğrunda gdən döyüşlərdə iştirak edib. Kəşfiyyatçı olub, Ağdərə istiqamətində gedən döyüşlərdə ayağından yaralanıb, kontuziya alaraq komaya düşüb, 3 gündən  sonra ayılıb. 

Mənim kimi vətəndaşların problemləri birincilər sırasında həll olunmalıdır. Lakin Göyçay Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədov bilərəkdən məni sizdən narazı salır, əks halda, mənim problemimi dərhal həll edərdi. Artıq mənim xahişimdən uzun müddət vaxt keçib, lakin yenə bir nəticə yoxdur.

Cənab Prezident!

Sizdən xahiş edirəm, göstərdiyim cinayət faktları obyektiv araşdırılıb, qanuna müvafiq tədbirlər görülməsinə və Şakir Əhmədovun məsüliyyətə cəlb edilməsinə tapşırıq verəsiniz”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.131846