Saat:03:31
Haqqımızda

"Stressin səbəbi "Sumqayıt"ın texniki zonasından gələn sözlər, jestlər idi"

2024-05-04 19:44:48

Misli Premyer Liqasının 33-cü turunda "Sumqayıt"la 1:1 hesablı bərabərliyə razılaşan "Kəpəz"in baş məşqçisi Adil Şükürov oyunu dəyərləndirib.

O, Tovuzdakı matçın ardından keçirilən mətbuat konfransında belə danışıb: 

- Mübarizə aparıb 1 xal qazana bildik. Hazırda əsas hədəfimiz bizdən irəlidə olan komandanı keçməkdir. Buna doğru irəliləyirik. Oyun ağır olacağını gözləyirdik. Çalışırdıq ki, öz oyunumuzdan həzz alaq. Bunu oyunçulara həmişə deyirəm. 

- Bundan sonrakı oyunlarınız isə avrokuboklar uğrunda mübarizə aparan komandalarladır. Belə fikirlər var ki, həmin komandalar "Kəpəz"i stimullaşdıracaq. Bu fikirlərə münasibətiniz necədir?

- Bizə lazım olan oyunumuzu inkişaf etdirməkdir. Kimin nə düşündüyü bizi maraqlandırmır. Futbolçular sağ olsunlar, öz güclərini göstərdilər.

- Sanki bu gün sizin üçün final oyunu idi. "Neftçi" ilə matçda da meydanda belə mübarizə görəcəyik?

- Stressin bu həddə çatmasının səbəbi "Sumqayıt"ın texniki zonasından gələn sözlər, jestlər idi. Bu, vəziyyəti gördüyünüz həddə çatdırıdı. Bizə qıcığı "Sumqayıt" verdi. Növbəti matçlarda da meydanda öz işimizi görəcəyik.

- Onanuqa lazımsız yerə qırmızı vərəqə aldı. Öncə hakimlə mübahisəyə görə "sarı" gördü, ardından isə çılğınlığına görə qovuldu. Belə hallar üçün cəza nəzərdə tutulubmu?

- Oyunun gərginliyinin nəticəsi idi. Bəzən meydanda özündən çıxan futbolçunun psixoloji durumunu da nəzərə almaq lazımdır. \\Fanat.Az 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.207330