Strateji körpü hədəfə alındı! "Rusiya Moldovanı işğal eləmək üzrədir "

2022-04-27 13:18:00

Strateji körpü hədəfə alındı!

“Sülhməramlılar” oradadır

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Rusiyanın Moldova ilə Ukrayna sərhədində yerləşən Pridnestrovye bölgəsini işğal eləməyə hazırlaşdığı iddia edilir.

Dünən baş verən partlayışlardan sonra artan gərginlik gecə saatlarında da davam edib.  Tanınmayan Dnestryanı Moldav Respublikasının paytaxtı Tiraspoldakı Dövlət Təhlükəsizliyi Nazirliyinə məxsus binalara raketlər atılmasının ardından bölgənin müxtəlif bölgələrində də hücumlar baş verib.

Bu hücumlardan sonra Dnestryanı Moldav Respublikasının ərazisinə Rusiya “sülhməramlıları” yerləşdirilib, təhdid səviyyəsi “qırmızı siqnal” səviyyəsində hesab edilib, yollarda nəzarət məntəqələri qurulub.

Rusiya mətbuatı “Dnestryanı respublika rəhbərliyinin təhlükəsizliyini təmin eləmək üçün qərarlar hazırlandığını” bildirir.

Strateji körpü hədəfə alınıb

Digər tərəfdən də, bu gün Odessanın qərbindəki Ukrayna topraqlarını əsas quru hissəyə bağlayan yeganə məntəqə olan körpü Rusiya qüvvələri tərəfindən hədəfə alınıb. Körpünün istifadəyə yararsız vəziyyətə düşdüyü bildirilir.

Bu hücum nəticəsində Odessa vilayətinin cənub-qərb bölgəsinə hərbi təchizatın kəsiləcəyi və Ukraynanın regionu müdafiə eləməsinin çətinləşəcəyi güman edilir.

Rusiyadan əvvəlcə bu bölgəni dənizdən hədəfə alacağı, ardından Dnestryanına doğru irəliləyə biləcəyi iddia edilir.

“Rusiya işğala hazırlaşır”

Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko öz açıqlamasında, Dnestryanı bölgədəki vəziyyətin narahatlıq doğurduğunu,  “yaranmış vəziyyətin arxasında regionda sabitliyin olmasını istəməyən, yeni bir gərginlik sahəsi yaratmaq istəyən qüvvələrin olduğunu” söyləyib.

1991-ci ildə Moldova öz müstəqilliyini elan edib SSRİ-ni tərk elədiyi dövrdə ölkənin şərqindəki Dnestryanı Moldav Respublikası özünü müstəqil elan eləmiş, baş verən döyüşlər 1992-ci ildə atəşkəslə dayandırılmışdı.

Region 1992-ci ildən bəri rusiyapərəst qüvvələr tərəfindən idarə edilir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya