Stoltenberq: “Ukrayna NATO üzvü olacaq”
Hurriyyet.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq “Funke” nəşrinə müsahibəsində Ukraynanın gec və ya tez alyansa qoşulacağını söyləsə də, dəqiq tarix deməyib.
Stoltenberq deyib: “Ukraynanın nəticədə NATO üzvü olacağına şübhə yoxdur”.
Stoltenberq Ukraynadakı hərbi əməliyyatların nə zaman bitəcəyini heç kimin bilmədiyini qeyd edib. NATO-nun Baş katibi deyib: “Müharibələrin əksəri lap əvvəl güman edildiyindən daha uzun çəkir. Ona görə də, Ukraynada uzunmüddətli müharibəyə hazır olmalıyıq. Bizim hamımız tezliklə sülhün bərqərar olmasını istəyirik”.
Stoltenberq bəyan edib: “Əgər Ukrayna mübarizə aparmağı dayandırarsa, bir ölkə kimi mövcudluğu bitər. Lakin, Rusiya müharibəni dayandırsa, sülh olar. Bu müharibə başa çatarsa, bizə Ukraynanın təhlükəsizliyi üçün təminatlar lazım olacaq. Əks halda, tarix təkrarlana bilər”.
Hürr Tərcüman