Stoltenberq Türkiyənin İsveçlə Finlandiyaya qarşı mövqeyini dəstəklədi
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq İspaniya mətbuatına müsahibə verib. O, PKK/PYD terrorçularını dəstəklədikləri üçün Türkiyənin İsveç ilə Finlandiyanın NATO-ya üzv olması üçün müraciətlərinə veto qoymasına haqq qazandırıb.
Stoltenberq İsveç ilə Finlandiyanın NATO-ya daxil olması üçün alyans üzvü olan 30 müttəfiqin uzlaşması üçün çalışdıqlarını söyləyib.
Stoltenberq deyib: “Heç kim terror hücumlarından Türkiyə qədər əziyyət çəkməyib. Türkiyə mühüm bir müttəfiqdir və bir müttəfiqin narahatlığı olduğu zaman, problemin həll olunması lazımdır. Bu, həmişə belə olub. Ad problemi ilə əlaqədar Yunanıstanın veto qoyması səbəbindən Şimali Makedoniya Respublikasının NATO üzvü olması prosesinin uzanması 10 ildən artıq davam etsə də, sonda həllini tapdı”.
Hürr Tərcüman