Stoltenberq: “Sülhə gedən ən qısa yol Ukraynanı silahlandırmaqdır”

2022-12-30 15:30:00

Stoltenberq: “Sülhə gedən ən qısa yol Ukraynanı silahlandırmaqdır”

Hurriyyet.az “Qruzia onlayn” portalına istinadla xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq Almaniya ilə alyansın digər ölkələrini Ukraynaya silah göndərməyə davam eləməyə çağırıb. Stoltenberq bu sözləri DPA agentliyinə müsahibəsində söyləyib. O deyib: “Paradoksal səslənsə də, Ukraynaya hərbi dəstək sülhə gedən ən qısa yoldur”.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin hədəfinə çatmayacağına və Ukraynanı nəzarəti altına ala bilməyəcəyinə əmin olmalıdır, məhz bundan sonra danışıqlar yolu ilə sülh əldə eləmək mümkün olacaq və bu sülh razılaşması Ukraynanın müstəqil demokratik dövlət kimi mövcudluğunu təmin edəcək.

Stolrtenberq Ukraynanın Rusiyanın hərbi obyektlərinə hücumunu tamamilə qanuni hesab elədiyini də deyib: “Hər bir ölkə, o cümlədən də, Ukrayna özünü müdafiə eləmək hüququna malikdir”.

Stoltenberq Putinin qışdan mülki əhaliyə qarşı silah kimi istifadə elədiyini də söyləyib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.176030