Stoltenberq: “Rusiya qışdan silah kimi istifadə eləmək istəyir”
2022-11-29 16:27:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, NATO ölkələrinin xarici işlər nazirləri Rusiyanın müharibə apardığı Ukraynaya dəstək verilməsi də daxil olmaqla müxtəlif məsələləri müzakirə eləmək üçün Rumıniyanın paytaxtı Buxarest şəhərində toplaşıblar.
NATO-nun Baş katibi Yens Stoltenberq görüşdən əvvəl jurnalistlərə açıqlamasında deyib: “Rusiya Prezidenti Putin itki verir, qaz və elektrik xətlərinə hücum eləyərək daha da amansız davranır. Ukraynalıları susuz, elektriksiz, işıqsız qoymaq istəyir. Buna görə də Ukraynanı dəstəkləməliyik. Putin qışdan müharibə silahı kimi istifadə eləmək istəyir”.
Görüşdə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi məsələsinin də müzakirə ediləcəyi gözlənilir.
Hürr Tərcüman