Stoltenberq növbəti dəfə NATO baş katibi olmaq istəmir

2023-08-30 23:50:21

Stoltenberq növbəti dəfə NATO baş katibi olmaq istəmir

NATO-nun baş katibi Yens Stoltenberq səlahiyyət müddətini daha uzatmaq fikrində olmadığını bildirib.

O, bunu CNN-ə müsahibəsində jurnalistin bununla bağlı sualına cavab verərkən deyib.

“Bəli, bu mənim sonuncu səlahiyyət müddətimdir" - baş katib bildirib.

Qeyd edək ki, bu il iyulun 4-də NATO ölkələri Stoltenberqin səlahiyyətlərinin bir il - 2024-cü il oktyabrın 1-dək uzadılması barədə razılığa gəliblər. Bu qərar NATO-nun iyulun 11-12-də Vilnüsdə keçirilən sammitində ən yüksək səviyyədə təsdiq edilib. Bu, Stoltenberqin səlahiyyət müddətinin altıncı dəfə uzadılmasıdır. NATO baş katibinin adi səlahiyyət müddəti dörd ildir. Norveçin keçmiş baş naziri bu kürsüyə 2014-cü il oktyabrın 1-də oturub. Beləliklə, onun on illik səlahiyyət müddəti alyansa 13 il - 1971-ci ildən 1984-cü ilə qədər rəhbərlik etmiş hollandiyalı Yozef Lunsdan sonra alyans tarixində ən uzun müddətə ikinci olub.\\Redaktor.Az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.174352