Stoltenberq Ərdoğanla Finlandiya və İsveçin üzvlük məsələsini müzakirə etdi
2022-05-22 00:08:00
ATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankaranın etiraz etdiyi Finlandiya və İsveçin alyansa üzvlük müraciətlərini müzakirə edib.
Baş katib bu haqda tviter hesabında yazıb.
"Dəyərli müttəfiqimiz Türkiyə Prezidenti Ərdoğanla alyansın "açıq qapı" siyasətinin əhəmiyyətini, həmçinin Finlandiya və İsveçin üzvlük müraciətlərini müzakirə etdik.
Biz razılaşdıq ki, alyansın bütün üzvlərinin təhlükəsizlik problemlərini nəzərə almaq lazımdır” ,- deyə paylaşımda qeyd edib. \\Ölkə.az