Saat:12:41
Haqqımızda

Stoltenberq: “Bu gün tarixi qərarlar veriləcək”

2022-06-29 15:05:00

Stoltenberq: “Bu gün tarixi qərarlar veriləcək”

Hurriyyet.az xəbər verir ki, Madriddə keçirilən NATO sammitinin açılış iclasından əvvəl jurnalistlərə açıqlama verən NATO Baş katibi Yens Stoltenberq bu gün tarixi qərarlar veriləcəyini söyləyib. Stoltenberq deyib: “Bu gün tarixi qərarlar verəcəyik”. O, 2010-cu ildə Lissabon sammitində qəbul edilmiş Strateji Konsepsiya sənədinin dəyişdirləcəyini bildirib.

Stoltenberq həmin sənəddə Çin barəsində danışılmadığını, Rusiyanın strateji ortaq kimi qəbul edildiyini xatırladaraq, bugünki sənəddə Rusiyanın NATO-nun təhlükəsizliyinə biraşa təhdid olduğunu və Çinin NATO dəyərlərinə və mənfəətlərinə meydan oxuduğunu sınağa çəkdiyini bildirib.

Alyansın müdafiəni gücləndirəcəyini, gələn il 300 min əsgərin yüksək hazırlıq vəziyyətinə gətiriləcəyini bildirib.

Stoltenberq xüsusi ilə Türkiyə, Finladiya və İsveç tərəfindən dünən imzalanan memorandumun ardından İsveç və Findanliyanın üzvlüyə dəvət edilməsi ilə bağlı bu gün qərar veriləcəyini söyləyib.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR