Saat:04:52
Haqqımızda

Stavropol sakini Şuşaya həsr edilmiş çilçıraq hazırladı - VİDEO

2023-02-04 16:28:00

Stavropol sakini Şuşaya həsr edilmiş çilçıraq hazırladı - VİDEO

Hurriyyet.az xəbər verir ki, Rusiya Federasiyasının Stavropol şəhərinin sakini azərbaycanlı Məhərrəm Mirzəyev Şuşanın azad edilməsi şərəfinə unikal çilçıraq hazırlayıb. Onun sözlərinə görə, xarı-bülbül çiçəyi şəklində olan çilçırağı hazırlamaq üçün 7 ay sərf edib. O, çilçırağın Şuşa şəhərində quraşdırılmasını arzulayır. Çilçıraq öz oxu ətrafında fırlanır, pultla idarə edilir.

Mirzəyev Zəngəzurda dünyaya gəlib. Orduda xidmət elədikdən sonra Rusiyada qalmağı qərara alıb. Sverdlovskda ali təhsil alıb, uzun illər baş avtomexanik işləyib. Hazırda təqaüddədir.

Azərbaycana gələrkən Şamaxı astrofizika rəsədxanasında olub, ulduzlu səmaya baxıb. Bundan ilhamlanıb 6 ay ərzində “Kosmos” adlı qeyri-adi çilçıraq hazırlayıb. 60 kiloqramlıq, diametri 160 sm, hündürlüyü 90 sm olan çilçıraq Yer planeti ilə onun peyki olan ay kimi öz oxu ətrafında fırlanır. Bu çilçırağın hazırlanmasına rəsədxananın əməkdaşı Müşfiq Abbasov, göyçaylı sahibkar Əsgər Əsgərov və rəssam Mehriban Zeynalovanın köməyi olub. Sputnik.az agentliyinin yazdığına görə, Məhərrəm həmin çilçırağı Vətən müharibəsinin qəhrəmanı, general-leytenant Hikmət Mirzəyevə bağışlayıb. Hədiyyə hazırda Azərbaycandakı hərbi hissələrdən birindədir.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR