Saat:04:27
Haqqımızda

"Starlink" Yəməndə - husilər bəyanat verdi

2024-09-19 12:56:25

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, husilər "Starlink"in Yəməndə işləməsinə mane olacaqlarını vəd ediblər. "Ənsar Allah" hərəkatının üzvləri peyk əlaqəsi xidmətinin işə düşməsini təhlükəsizliyə təhdid adlandırıb. Bu barədə bəyanat Yəmənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytında dərc edilib.
Husilər İlon Maskın sahibi olduğu "Starlink" şirkətinin hakimiyyətlə razılaşmadan əhaliyə internet xidməti göstərməyə başlamasını respublikanın suverenliyinin pozulması və təhlükəsizliyə təhdid adlandırıblar. 
Bəyanatda "ölkənin suverenliyinin və təhlükəsizliyinin qorunması üçün" bütün tədbirlərin görüləcəyi qeyd edilib.
Sentyabrın 18-də Mask X şəbəkəsindəki səhifəsində "Starlink" peyk rabitəsi xidmətinin Yəməndə işə düşdüyünü yazıb. "Starlink" şirkətinin saytında yerləşdirilən məlumata görə, Yəmən Yaxın Şərqdə şirkət tərəfindən rabitə xidmətinin təklif edildiyi ilk ölkə olub. 
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.266560