“SSRİ-nin bərpası artıq reallıqdır“ – İLGİNC DETALLAR

2022-06-08 22:49:00

“SSRİ-nin bərpası artıq reallıqdır“ – İLGİNC DETALLAR

Polşanın “Wprost” nəşri Ukraynadakı müharibə ilə bağlı telefon danışığı aparan Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolzun fotosunu jurnalın üz qabığına yerləşdirib. İyunun 6-dan, 12-dək olan buraxılış Rusiyanın Ukraynaya qarşı müharibəsinə həsr olunub.

Jurnalistlər nəşrin üz qabığının mənasını açıqlayıblar: “Şolz və Makron Putinin simasını xilas edir. Üz qabığında telefonun bir tərəfində Şolz və Makron, digər tərəfində isə Putinin qanı simvolizə edən qırmızı maye ilə vanna qəbul etməsi təsvir olunub. Bu, hazırda Qərbdə, xüsusilə Böyük Britaniya, Polşa və Baltikyanı ölkələrdə məşhur olan bir mövzudur”.

Qərb analitiklərinin fikrincə Putin heç vaxt planlarını gizlətmir. O, açıq şəkildə SSRİ-nin dağılmasını ötən əsrin ən böyük geosiyasi fəlakəti adlandırır. O, “SSRİ-2” nin yaradılmasına hazır olduğunu dəfələrlə göstərib. Bu, Rusiyanın 2008-ci ilin avqustunda Gürcüstanla etdiyi müharibədə də göründü. Bəli, formal olaraq Dmitri Medvedyev o zaman Rusiya Federasiyasının prezidenti idi. Amma biz başa düşürük ki, o, heç vaxt müstəqil qərarlar vermirdi. Ölkəni ancaq Putin idarə idarə edirdi. İndi də Putin təkcə Krımı deyil, yarımadanı tam ilhaq etməyə qadir olduğunu bütün dünyaya göstərmək qərarına gəlib.

Analitiklər bildirirlər ki, Putin Kiyev də daxil olmaqla bütün Ukraynanı ələ keçirmək istəyir. Qərb isə yenə qəzəblə kifayətlənəcək. ABŞ-a və bütövlükdə NATO-ya Rusiyaya qarşı açıq mübarizə lazım deyil.

Putin isə görünür Ukraynanın ikinci Belarusa çevrilməsinə nail olacaq. Yanukoviçi, yoxsa Tsarevi president qoymasının fərqi yoxdur.  Əsas odur ki, Ukraynanın müttəfiqlərinin bütün silahları yararsız olacaq.

Analitiklər hesab edir ki, SSRİ-nin bərpası prosesi gedir ki, bunun qarşısını heç kim ala bilməyəcək. Və Putin üçün hamamında nə qədər qan olmasının heç bir əhəmiyyəti yoxdur. \\KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya