“Sputnik” radiosunun Qarabağda yayımına Bakı icazə verməlidir” – Kiselyov Zatulinə cavab verdi

2023-09-01 11:57:54

“Sputnik” radiosunun Qarabağda yayımına Bakı icazə verməlidir” – Kiselyov Zatulinə cavab verdi

Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü ilə bağlı açıqlamasının Moskvadakı əks-sədası

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, “Rossiya seqodnya” media birliyinin baş direktoru Dmitri Kiselyov Rusiya Dövlət Dumasının MDB Komitəsinin sədr müavini Konstantin Zatulinin “Sputnik” radiosunun Qarabağda yayımının dayandırılması ilə bağlı məktubuna cavab verib.

Kiselyov bildirib: “Bir müddət bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, sülhə nail olmaq üçün Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa və Ermənistan ərazisini 1991-ci il sərhədləri daxilində qeydə almağa hazırdır. Biz bu bəyanat faktına istinad edərək  hesab edirik ki, Azərbaycanın müvafiq orqanlarının icazəsi olmadan bizim efirimizin (“Sputnik” radiosu – red.) Qarabağ ərazisində yayımının bərpa edilməsi Moskvanın səmimiyyətinə şübhə yaradar və ölkələrimiz arasında dövlət səviyyəsindəki münasibətlərdə çətinliklər doğurar.

Əgər rəsmi Bakı bütün aktual və hüquqi normalara müvafiq şəkildə radio yayımının davam etməsinə icazə verərsə, regionda efiri bərpa eləməyə hazırıq. Parlament diplomatiyası burada mühüm rol oynaya bilər”.

Hürr Tərcüman

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.137738