“Sputnik-Azərbaycan”da əməliyyat keçirilir
2025-06-30 12:43:24

Hazırda “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.
Hurriyyet.az xəbər verir ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, polis ofisi nəzarətə götürüb.
Qeyd edək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı.
Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.
