Spikerin qızı və xanımı İstanbulda... – İranda etiraz yaradan fotolar

2022-04-22 00:21:00

Spikerin qızı və xanımı İstanbulda... – İranda etiraz yaradan fotolar

İran parlamentinin sədri Məhəmməd Bəkir Qalibafın ailəsinin Türkiyəyə səfəri ölkə mediasının gündəmini zəbt edib.

Müstəqil media qurumları və fəallar parlament sədrini üzr istəməyə və istefaya çağırıblar.

Məlumata görə, Qalibafın həyat yoldaşı, qızı və kürəkəni ailənin körpələri üçün alış-veriş etmək üçün Türkiyəyə gəlib.

Ailənin İstanbuldan qayıdarkən Tehrandakı İmam Xomeyni hava limanında çəkilmiş fotoşəkilləri yayımlanıb.

Fəal Vahid Əştəri şəkillərdəki şəxslərin Qalibafın həyat yoldaşı, qızı və kürəkəni olduğunu iddia edib. Əştari spikerin ailə üzvlərinin İstanbulda alış-veriş etdiklərini deyib.

Qalibafın oğlu Elias Qalibaf İnstaqram hesabında ailə üzvlərinin Türkiyədə alış-veriş etdiyini təsdiqləyərək, atasının alış-verişdən narahatlıq keçirdiyini və buna qarşı olduğunu bildirib.

Spikerin ailəsinin İstanbul səyahəti İranın islahatçı media qurumlarının manşetlərinə çevrilib. “Aftab Yazd” və “İbtikar” kimi qəzetlər birinci səhifələrində Qalibaf və ailəsini hədəfə alan məqalələr dərc ediblər. \\Teleqraf.com 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya