Saat:03:45
Haqqımızda

Spiker: "Avropa İttifaqına daxil olsaq, Gürcüstan iqtisadiyyatı çökər"

2024-11-28 11:54:24

Spiker:

Hurriyyet.az "Vestnik Kavkaza" nəşrinə istinadla xəbər verir ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili respublikanın tezliklə Avropa İttifaqına daxil olacağı təqdirdə, ölkə iqtisadiyyatının məhv olacağını bildirib.
Spiker deyib: "Əgər biz indi Aİ üzvü olsaq, dərhal qüvvəyə minəcək məhdudiyyətlər üzündən öz iqtisadiyyatımızı tamamilə dağıtmış olarıq".
Hakim "Gürcü arzusu"nun üzvü olan Papuaşvilinin sözlərinə görə, Aİ-yə münasib vaxtda daxil olmaq lazımdır ki, bu addım zərər yox, fayda gətirsin, Gürcüstan bundan uduzmasın, udsun.
Papuaşvili öz fikrini izah edib. Xatırladıb ki, Gürcüstan hazırda dünyanın bir çox ölkələri, o cümlədən MDB dövlətləri ilə azad ticarət rejimindədir. Bundan başqa, bir çox ölkələrlə vizasız rejim qüvvədədir. Ölkə Aİ-yə daxil olarsa, Avropa İttifaqının qanunları qüvvəyə minəcək. Həmçinin, Aİ-yə məxsus viza rejimi bərqərar olacaq. 
Xatırladaq ki, ötən lin dekabrında Gürcüstan Aİ üzvlüyünə namizəd statusu alsa da, 2024-cü ildə ittifaq ilə respublika arasındakı münasibətlər pisləşib. Tbilisinin xarici agentlər barəsində qanunu qəbul eləməsi Aİ-də güclü rezonans doğurub.
Hürr Tərcüman