Saat:03:58
Haqqımızda

Soyuqdan donmaq istəmir, meşəni qırır - kim daha çox qınanmalı?

2022-01-28 14:18:00

Soyuqdan donmaq istəmir, meşəni qırır - kim daha çox qınanmalı?

Son illər meşələrimizi qıranlar bir neçə kateqoriyaya bölünüb - cəzalandırma adekvatdırmı?

Qış aylarının gəlişi ilə insanların meşələrə müdaxiləsi halları genişlənir. Ağac kəsənlər artıb, əhali evini isitmək üçün oduna ehtiyac duyur və beləcə, meşələrimiz qırılır. Hansı regionlarda bu hal geniş yayılıb? Bunun qarşısını almaq üçün nə kimi tədbirlər görülür? Kimi daha çox qınamalı, soyuqdan donmaq istəməyən əhalini, ya rayonları qazla təmin etməyən hökuməti?

Lerik və Oğuz meşələri digərlərindən daha çox qırılır, çünki...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bildirib ki, Lerik və Oğuz rayonlarında digər rayonlara nisbətən qazlaşma aşağı olduğu üçün bu da meşələrə müdaxilələrə səbəb olur: “Lerik və Oğuz rayonlarında meşə kəndə çox yaxındır, hətta kəndlər meşənin içərisindədir. Ona görə insanların meşəyə müdaxiləsi olur. Bu rayonlarda ağackəsmə halları digər ərazilərdən daha çoxdur”.

Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırılıb,

“Yeni Müsavat” xatırladır ki, Ermənistanın təcavüzü nəticəsində meşələrimizə külli miqdarda ziyanlar vurulub. Belə ki, 30 ilə yaxın bir zamanda işğalda olan Kəlbəcər, Laçın, Zəngilan kimi ərazilərdə meşələr vəhşicəsinə qırılaraq talan edilib.  Orada bitən çox qiymətli palıd, fısdıq, vələs, ağcaqayın, ayı findığı, qoz, şərq çinarı kəsilərək Ermənistana daşınıb. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində deyib: “İndi azad edilmiş ərazilərdə 1988-ci ildə meşə fondu 228 min hektar təşkil edirdi, 2020-ci ildə isə cəmi 174 min hektar. Yəni 54 min hektar meşə fondu məhv edilib, qırılıb və bu, erməni cinayətinin növbəti nümunəsidir”. Dövlət başçısı azad edilmiş torpaqlarda, eyni zamanda, dövlət təbiət qoruqları və yasaqlıqların da olduğunu bildirib: “Laçın rayonunda Qaragöl Dövlət Təbiət Qoruğu 1987-ci ildə yaradılıb, 240 hektar sahəsi var idi, tamamilə məhv edilib, talan olunub və bütün ağaclar qırılıb. Zəngilan rayonunda Bəsitçay Dövlət Təbiət Qoruğu 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Bu, Avropada unikal meşə sayılır və burada nadir çinar ağacları var idi. Bu qoruq 107 hektarı əhatə edib, indi isə cəmi 42 hektarı qalıb. Bu, erməni vəhşiliyinin növbəti təzahürüdür. Bu, onu göstərir ki, onlar başa düşürdülər və bilirdilər ki, bu torpaqlarda müvəqqəti oturublar. Onlar bizim evlərimizi dağıdıblar, tarixi abidələrimizi dağıdıblar, məscidlərimizi dağıdıblar, meşələrimizi də dağıdıblar. Nadir çinar meşəsindən cəmi 42 hektar qalıb”.

DOSYE: Dünyadakı torpaqların 31 faizini meşələr təşkil edir. Bu meşələrin 47 faizi tropik qurşağın yağış meşələrindən, 9 faizi mülayim tropik yağış meşələrindən, 11 faizi mülanyim enliyarpaq meşələrindən, 33 faızi isə tayqa adlandırılan iynəyarpaqlı meşələrdən ibarətdir.

Hazırda planetimizdə 1,31 milyard hektara yaxın, bütövlüyü ponzulmamış meşəlik ərazi mövcuddur.

Bakıda tikintilər artdıqca, yaşıllıq azalır  - bina eşqinə ağacları qıranlar

Amma ən ağrılı problem heç şübhəsiz ki, paytaxtımızda tikintilərin sayının sürətlə artması və bunun ağacların qırılaraq həyata keçirilməsidir. Ekspertlər bunu təbiətə qarşı görülən genosid prosesi hesab edirlər. Bundan başqa, təkliflər sırasında meşəbəylərin əvəzinə “meşə polisi”nin yaradılması da səsləndirilir. Ancaq meşə polisləri bu işi qaydaya sala bilər kimi bir təsəvvür formalaşıb.

Ekoloqların araşdırmasına görə, Azərbaycanda meşə örtüyü 8,6 faizdir. Lakin ərazimizin 30 faizi meşə ilə örtülməlidir ki, yaşayan əhali oksigenlə, iqlimdə dəyişiklik olanda yağış, qarla təmin edilə bilsin.

Bakıda ağacların kəsilməsi ilə bağlı cinayət işi açılıb | Report.az

Bu zaman ortaya olduqca maraqlı sual çıxır: meşə ərazisinin 45-50 hektar olmaqla 45-100 illiyə icarəyə verilməsi hansı qanunla tənzimlənir? Belə bir qanun yoxdursa, ölkənin təbii sərvəti nəyə görə kimlərinsə icarəsindədir?

Belə ki, meşəni qıran şəxs daha sonra onu həm də bərpa etməlidir. Etmədiyi halda cərimələnib, həbs olunmalıdır. Ekspertlər həyəcan təbili çalır ki, bu qədər əhalini oksigensiz qoymaq, meşədən məhrum etmək dövləti cinayətdir.

Hər şeyi qlobal istiləşmənin üstünə atmaq olmaz

Bundan başqa, son dövrlər qlobal istiləşmə arqument kimi ortaya atılıb. Bununla əlaqədar geni dəyişdirilmiş məhsullar yetişdirməyə başlanıb və ozon təbəqəsinin dağılmasında əsas səbəbi karbon qazının üstünə atılıb. Ancaq karbon qazı olmasa, Yer Kürəsi mənfi 18 dərəcə buzla bağlanar. Ona görə də bu məsələlər aydınlaşdırılmalıdır.

Ekoaktivist Cavid Qara araşdırmaları zamanı üzə çıxarıb ki, söhbət yüz minlərlə ağacdan və milyonlarla kol bitkisindən gedir. Biz məsələyə ağac və kol kimi yanaşmırıq, ekosistem kimi yanaşırıq: “2017-ci ildən bəri 5 min hektara qədər yaşıllıqlarla örtülü meşə fondu torpağı tamamilə məhv edilib. Bunun təqribən 500 hektara yaxını sıx meşəlik ərazidir. Qalan hissəsi isə seyrək meşəlik və kolluq ərazilərdir. Burada əsas aparıcı qüvvə 2017-ci ildə meşə fondu torpaqlarının icarə müddətinin 10 ildən 49 ilədək uzadılmasıdır. Elə bu uzatmada niyyət meşə fondu torpaqlarını kənd təsərrüfatı məqsədilə məhv etməyə zəmin yaratmaq idi. Amma meşə fondu torpaqlarının icarə qaydalarında heç bir dəyişiklik edilmədi. Meşə fondunun icarə qaydalarında çox açıq şəkildə deyilir ki, meşə bitkiləri ilə örtülü olmayan ərazilər ancaq meşə bərpa məqsədilə icarəyə verilə bilər. Bunlar da şəffaflıq şəraitində baş verməlidir”. (“Amerikanın səsi”)

Odun sobası en kolay nasıl yakılır, nasıl temizlenir? - Pratik Bilgiler  Haberleri

Ağac qıranları bir neçə kateqoriyaya bölmək olar: odun tədarükçüləri, mebel sexləri və...

Ekoaktivist eyni zamanda bildirir ki, ağac qırılmasını bir neçə hissəyə bölmək lazımdır. Belə ki, qırıntıda əsas məqsədlər, burada birinci odun tədarüküdür: “Belə ki, qaz təchizatı olmayan kəndlərdə odun tədarüküdür. Bu da həm kəndlilər tərəfindən baş verir, həm də bu işlə məşğul olan daha mütəşəkkil dəstələr tərəfindən baş verir. Mebel, xüsusilə taxta yeşik hazırlanması məqsədi ilə qırıntılar var. Bunlar artıq bir qədər böyük miqyasda, sex ölçüsündə baş verir. Bununla yanaşı, kömür hazırlanması məqsədilə qırıntılar var. Kəndlilər ağacları qırıb kömür hazırlayır. Bunun alış-verişində daha böyük fiqurlar iştirak edir. Bizim əsas mübarizəmiz meşə fondu torpaqlarının zəbt edilməsinə qarşıdır. Hansı ki, o, geri dönüşü olmayan bir prosesdir. Meşədən ağac kəsirlər. Amma bu davamlı şəkildə olmalıdır ki, meşə özünü bərpa edə bilsin. Digər sadaladığım təyinatlar üzrə də meşə kəsiləndə özünü bərpa edə bilir. Amma meşə tamamilə məhv edilib, fındıq bağı, çay plantasiyası salınanda artıq geri dönüş olmur”.

Meşələrin qanunsuz qırılmasında iştirak edənlərin məsuliyyətə cəlb edilməsi məsələsinə gəlincə, C.Qara bildirib ki, məsuliyyətə cəlb edilmə adətən cərimə yazılması səviyyəsində olur. Amma bir neçə halda həbslər də olub: “Sonuncu ən böyük həbs xəbəri Qəbələ rayonunda baş verib. Qəbələ və İsmayıllıda Daxili İşlər Nazirliynin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatı olub. Bir neçə meşə mühafizə işçisi, direktor həbs edilmişdi”.

Musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR