Şoyqunun "qəsdən edirik" iddiasına Zelenskidən cavab
2022-05-25 09:30:00

Rusiyanın Ukraynada hərbi əməliyyatları qəsdən ləngitməsi ilə bağlı deyilənlər yazıq və qeyri-adekvat açıqlamadır.
Hurriyyet.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Üç aydan sonra onlar niyə Ukraynanı sındıra bilmədiklərini izah etməlidirlər”, - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, ukraynalı həbrçilər indiyədək 30 min rus əsgəri, 200 təyyarə, min tank və digər zirehli texnikaları məhv edib.
Qeyd edək ki, ötən gün Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynada hərbi əməliyyatın sürətini mülki əhalini qorumaq və onları təxliyə etmək üçün qəsdən ləngitdiklərini bildirib
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya