Şoyqu yenidən müdafiə naziri olur? - Sensasiya
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu müdafiə naziri vəzifəsinə qayıtmaga hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə "Kremlyovskaya Tabakerka" Teleqram kanalı məlumat verib.
Kanalın müəllifləri qeyd edirlər ki, eks-nazir geri qayıtmaq üçün tarixləri artıq dəqiqləşdirib:
“Şoyqunun yaxın çevrəsindən üç mənbə bildirib ki, o, gələn ilin fevral və mart ayları arasında Müdafiə Nazirliyində səlahiyyətlərini bərpa etməyi planlaşdırır”.
Qeyd olunub ki, Belousov son dərəcə zəif nəticələr göstərir və güclü müdafiə naziri olmadan burada keçinmək mümkün deyil.
Digər bir mənbə isə bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin yaxın çevrəsindən bir neçə nəfərin Şoyqunun qayıdacağına dair eyhamlarını eşidib, lakin onların adlarını açıqlamaqdan imtina edib:
"Eyni zamanda, Andrey Belousovun ətrafında olanlar onun mümkün istefası ilə bağlı şayiələrə istehza ilə yanaşır və vurğulayırlar ki, gələn il Şoyqu Müdafiə Nazirliyində deyil, həbsxanada ola bilər”.