Şoyqu: SSRİ olacaq, heç kim getməyəcək... - Video

2022-07-29 15:35:00

Şoyqu: SSRİ olacaq, heç kim getməyəcək... - Video

O zaman mən, xüsusilə bizim nəsil əmin idik ki, bütün bunlar müvəqqətidir və ölkəmiz yenidən böyük və güclü olacaq.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu Rusiyanın ilk sülhməramlı əməliyyatının 30 illiyi münasibətilə keçirilən mərasimdə deyib.

“Düşünürdük ki, yenidən Sovet İttifaqı olacaq və heç kim heç yana getməyəcək. Hamı sülh və razılıq içində yaşayacaq...” - Şoyqu 14 iyul 1992-ci il Cənubi Osetiya əməliyyatının ildönümü ilə bağlı çıxışında bildirib.

Qeyd edək ki, Şoyqu bu çıxışı 14 iyulda etsə də, Rusiya mediası yeni yayıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.077588