ŞOYQU MARİUPOLA NƏZARƏTİN ƏLƏ KEÇİRİLDİYİNİ MƏRUZƏ ETDİ - Ukrayna isə... + VİDEO (Yenilənib)

2022-04-21 13:17:00

ŞOYQU MARİUPOLA NƏZARƏTİN ƏLƏ KEÇİRİLDİYİNİ MƏRUZƏ ETDİ - Ukrayna isə... + VİDEO (Yenilənib)

Rusiya mətbuatı Ukraynanın Mariupol şəhərinin tam olaraq ələ keçirildiyini yazıb. Bu barədə TASS-a istinadən xəbər verir.

Məlumata görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bununla bağlı məruzə edib. Belə ki, aprelin 21-də Rusiya prezidenti Vladimir Putin Kremldə müdafiə naziri Sergey Şoyqunu qəbul edib. 

Nazir prezidentə məruzə edərək bildirib ki, mühasirə zamanı Mariupolda Ukrayna Silahlı Qüvvvələrinin 8 100-ə yaxın hərbçisi olub: "2 mindən çox hərbçi isə "Azovstal” zavodunun ərazisində yerləşib”.

Şoyqu yaxın 3-4 günə "Azovstal”da əməliyyatı başa çatdıracaqlarını qeyd edib. Hazırda ukraynalı hərbçilər zavodun ərazisində mühasirədədir.

Ukrayna mətbuatı Mariupolun tam olaraq Rusiya qoşunlarının nəzarətinə keçməsi barədə heç bir məlumat yaymayıb. 

Ukraynanın Rusiya ilə danışıqlarda əsas təmsilçisi, prezidentin müşaviri Mixaylo Podolyak isə ölkəsinin heç bir şərtsiz danışıqlara hazır olduğunu deyib.

Ukraynanın digər əsas təmsilçisi David Araxamiya "Telegram"da yazıb ki, Poldolyakla birlikdə “hərbi qarnizonumuz və dinc sakinlərin çıxarılmasından ötrü Mariupola Rusiya ilə danışıqlara getməyə hazırıq”.

Araxamiya özünün və Podolyakın Mariupoldakı Ukrayna qüvvələri ilə daimi kontaktda olduğunu bildirib. 

“Şəhərin müdafiəçiləri ilə bugünkü söhbətdə hərbi qarnizomuzun çıxarılması üçün yerində birbaşa danışıqlar aparmaq təklif olundu”, – o yazıb.

Qeyd edək ki, "Azovstal" polad zavodu ukraynalı döyüşçülərin və dinc sakinlərin istehkamına çevrilib.

***

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Mariupolu tam nəzarətə götürdüklərini açıqlayıb.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, Şoyqu Prezident Vladimir Putinə Mariupolun azad edilməsi ilə bağlı məruzə edib.

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya