Saat:04:17
Haqqımızda

Şoyqu: “İŞİD Suriya və Liviyadan Əfqanıstana doğru irəliləyir... Tacikistandakı Rusiya bazası qarşılıq verəcək”

2021-07-28 16:13:00

Şoyqu: “İŞİD Suriya və Liviyadan Əfqanıstana doğru irəliləyir... Tacikistandakı Rusiya bazası qarşılıq verəcək”

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Suriya ilə Liviya da daxil olmaqla, başqa ölkələrdəki İŞİD yaraqlılarının fəal şəkildə yerlərini dəyişdirərək Əfqanıstana doğru irəlilədiklərini aşkar elədiklərini söyləyib.

Hazırda Əfqanıstanla həmsərhəd Tacikistanda rəsmi səfərdə olan Şoyqu jurnalistlərə müsahibəsində deyib: “Əfqanıstanda razılaşma və beynəlxalq səviyyədə atəşkəs əldə edilməsinə ümid edirik. Bununla birlikdə, Suriya ilə Liviya da daxil olmaqla başqa bölgələrdəki İŞİD qüvvələrinin nə qədər fəal şəkildə yer dəyişdirdiyini, bu ölkəyə doğru irəlilədiyini görürük”.

“Sərhəddə baş verən hadisələr və yaraqların Tacikistan torpaqlarına keçmək cəhdlərinə göz yuma bilmərik. Məhz buna görə də, qəti şəkildə deyə bilərəm ki, müttəfiqimiz üçün, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü üçün bir təhdid yaranacağı təqdirdə Rusiya hökmən buna qarşılıq verəcək. Bu qarşılıq ilk növbədə Rusiyanın Tacikistandakı 201 saylı bazası vasitəsi ilə veriləcək”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR