Saat:03:55
Haqqımızda

Şoyqu “Crocus”da törədilən terror aktının təfərrüatını açıqlayıb

2024-04-26 14:00:30

Şoyqu “Crocus”da törədilən terror aktının təfərrüatını açıqlayıb

“Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda “Crocus City Hall” konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır”.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib.

Ordu generalı vurğulayıb ki, bu cinayətdə təqsirli olanların hamısı mütləq layiqli cəzalarını alacaqlar, bu, zaman məsələsidir.

Qeyd edək ki, martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi terror aktına görə (Cinayət Məcəlləsinin 205-ci maddəsi) cinayət işi açıb.

oxu.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.278273