Soylu ABŞ-ı prezident seçkilərinə müdaxilə cəhdində ittiham edib
2023-05-10 10:15:00

Hurriyyet.az “Milliyet” nəşrinə istinadla xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu TRT Haber kanalına müsahibəsində ABŞ-ın ölkədə keçirilən prezident seçkilərinə müdaxilə eləməyə çalışdığını söyləyib.
Soylu deyib: “ABŞ-ın (seçkilərə müdaxilə) planları fəallaşır. Bu səbəbdən ABŞ-ın planlarının reallaşması üçün Qərb mətbuatının seçkilərə müdaxiləsi baş verir. 1960-cı ildən sonra Qərb bizim sistemimizə daxil oldu. Lakin Prezident Ərdoğan Qərbin bütün sızmalarını təmizlədi... 2023-cü il seçkilərində qələbə qazanacağımız andan etibarən yüzilli sabitlik dövrü başlanacaq. Bunu görürlər. ABŞ səfirinin nəzarətdə saxlamaq istəmədiyi seçki yoxdur”.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya