Saat:18:51
Haqqımızda

Şotlandiyanın ilk müsəlman Baş naziri yeni məkanda ilk namaz fotolarını paylaşdı

2023-03-29 14:58:00

Şotlandiyanın ilk müsəlman Baş naziri yeni məkanda ilk namaz fotolarını paylaşdı

 

İlk çıxışında Şotlandiyanın müstəqilliyini vəd etdi

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, martın 28-də keçirilən səsvermə ilə Şotlandiyanın yeni Baş naziri seçilən Pakistan əsilli Hamza Yusif rəsmi iqamətgahındakı ilk günündə ailəsi ilə birlikdə namaz qılıb.  Baş nazir ailəsi ilə birlikdə “Byut Hous” iqamətgahında çəkilən fotoşəkillərini sosial şəbəkədə paylaşıb.

Yusif “Tvitter” hesabındakı paylaşmasında yazıb: “Ailəm ilə mən bu gün (28 mart) parlamentdə keçirilən səsvermədən sonra “Byut Hous”dakı ilk gecəmizi keçiririk. Birlikdə iftardan sonra adət üzrə ailəmə namaz qıldırdığım özəl an”.

Digər paylaşmasında isə İngiltərənin Baş naziri Rişi Sunak ilə görüşdüyünü qeyd edən Yusif yazıb: “Şotlandiya xalqının və parlamentinin demokratik tələblərinə Birləşmiş Krallıq hökuməti tərəfindən hörmət göstərilməsinin lazım olduğunu açıq şəkildə bildirdim”.

Pakistan əsilli Yusif Şotlandiyanın ilk müsəlman Baş naziri, ölkənin ən gənc millət vəkili və ilk müsəlman naziri (bundan əvvəl Səhiyyə naziri olub) adlarını alıb.

Martın 28-də səsvermənin nəticələri bəlli olduqdan sonra ilk çıxışında Şotlandiyaya müstəqillik gətirmək qərarının qəti olduğunu bildirərək deyib: “Biz buna nail olacaq nəsil olacağıq”.

Hürr Tərcüman 

Bizi "Feysbuk"da izləyin

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR