Şotlandiya müstəqillik qazanmaq yolunu axtarır

2022-06-14 19:07:00

Şotlandiya müstəqillik qazanmaq  yolunu axtarır

Hurriyyet.az “Vestnik Kavkaza”  portalına istinadla xəbər verir ki, Şotlandiyanın birinci naziri Nikola Stergen ölkənin müstəqilliyi üçün yeni referendum keçirilməsi naminə səy göstərməyə hazır olduğunu bildirib.

Stergen deyib: “Bütün bu baş verənlərdən – Brekzit, Boris Conson, koronavirusdan –  sonra Şotlandiyanın daha firavan və ədalətli ölkəyə evrilməsi üçün nə etmək lazım olduğundan danışmaq vaxtıdır. Müstəqillikdən danışmaq və bu seçimi etmək vaxtıdır... Biz səs vermədiyimiz Vestministr hökumətindən asılı olmayacağıq”.

Onun sözlərinə görə, istənilən referendum qanuna müvafiq şəkildə keçiriləcək və hazırda Şotlandiya hökuməti Böyük Britaniya hökumətinin icazəsinə ehtiyac duymadan onu keçirmək yolunu axtarır.

 

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya