Sosial şəbəkələrlə bağlı yeni qanun imzalanacaq – SƏRT QAYDALAR GƏTİRİLƏCƏK

2022-04-23 13:35:00

Sosial şəbəkələrlə bağlı yeni qanun imzalanacaq – SƏRT QAYDALAR GƏTİRİLƏCƏK

Avropa İttifaqı (Aİ) qurumları "Facebook”, "YouTube” və "Twitter” kimi rəqəmsal platformaların məzmununu istifadəçilər üçün daha təhlükəsiz edəcək qanun üzərində razılığa gəliblər.

Hurriyyet.az
xəbər verir ki, Aİ Komissiyası, Avropa Parlamenti (AP) və Avropa Şurası "Rəqəmsal Xidmətlər Qanunu" ilə bağlı aparılan danışıqlarda razılıq əldə edildiyini bildirib.

Buna uyğun olaraq rəqəmsal platformalara yeni sərt qaydalar gətiriləcək. Onlayn platformaların qanunsuz və zərərli məzmuna görə məsuliyyəti artırılacaq. Platformalar sahib olduqları məzmuna ciddi nəzarət edəcəklər.

Bu, real həyatda qeyri-qanuni olan məsələlərin internetdə də qanunsuz olması prinsipinə əsaslanacaq. İnternet istifadəçilərinin əsas hüquqları daha yaxşı qorunacaq. Platformalar bildirilən qeyri-qanuni məhsulları, xidmətləri və məzmunu tez bir zamanda silməli olacaq.

Rəqəmsal platformalarda dezinformasiyanın qarşısı alınacaq və platformaların alqoritmlərinin şəffaflığı artırılacaq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya