Saat:03:41
Haqqımızda

“Sosial Müdafiə Fondunun əlindən təngə gəlmişəm” – ŞİRVAN SAKİNİ SOSİAL YARDIM VERİLMƏMƏSİNDƏN ŞİKAYƏTÇİDİR / FOTO

2023-11-01 16:10:25

 “Sosial Müdafiə Fondunun əlindən təngə gəlmişəm” – ŞİRVAN SAKİNİ SOSİAL YARDIM VERİLMƏMƏSİNDƏN ŞİKAYƏTÇİDİR / FOTO

Şirvan şəhər sürücülük məktəbinin yataxanasında yaşayan Batişeva Təranə Kərim qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən narazılığını bildirir:

"Mən, Batişeva Təranə Kərim qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Artıq Sosial Müdafiə Fondunun əlindən təngə gəlmişəm. 5 aydır sosial yardım almıram, gedirəm, deyirlər ki, “bu gun, sabah yoxlama gələcək, qeydə alınacaqsınız”.

Hər il başıma bu oyunu açırlar. 2 dəfə teleqram vurmuşam, 4 dənə məktub ünvanlamışam, amma cavab yoxdur.

Axırıncı dəfə zəng vurdular ki, sizin işinizə 5 günə baxılacaq, 15 gün keçib hələ baxan yoxdur".

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq, vətəndaşın müraciətinin araşdıracağı bildirildi.

Jalə FAMİLQIZI

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 2.553561