Sosial fonda ödənişlər edən sahibkarın ödənişləri yoxa çıxdı - DÖVLƏT QURUMUNDAN PREZİDENTƏ ŞİKAYƏT

2022-08-24 14:38:00

Sosial fonda ödənişlər edən sahibkarın ödənişləri yoxa çıxdı - DÖVLƏT QURUMUNDAN PREZİDENTƏ ŞİKAYƏT

Gəncə şəhər sakini Akif Mədət oğlu Qurbanov Hurriyyet.az-a müraciət edərək bildirir ki, bir il ərzində fərdi dərzi fəaliyyəti ilə məşğul olub. O bununla əlaqədar, qanunla nəzərdə tutulan vergi, sosial və sığorta haqlarını gecikdirmədən ödəyib. Lakin Gəncə sakinin ödədiyi ödənişlər hesabında göstərilmir. Akif Qurbanov məsələylə bağlı aidiyyatı orqanlara müraciət etsə də heç bir nəticə əldə edə bilməyib.

O bununla bağlı dövlət başçısı Prezident İlham Əliyevə müraciət ünvanlayıb:

"06.07.2021 tarixindən 07.02.2022 tarixinədək vergi ödəyicisi kimi qeydiyyata düşüb, fərdi dərzi fəaliyyəti ilə məşğul olmuşam. Qanunla fəaliyyət göstərdiyi dövrdə tələb olunan bütün vergi, sosial və sığorta haqlarını tam vaxtında gecikdirmədən ödəmişəm. Lakin, hazırda  sosial fonda ödədiyim məbləğlər sistemdə hesabımda  görünmür. Dəfələrlə əmək və əhalinin sosial müdafiəsi nazirinə, ombudsmana və Baş Prokurorluğa müraciət etmişəm. Baş prokurorluq da nazirliyə sorğu göndərir. Nazirlik də Baş prokurorluğa müzakirələrin aparıldığını və həll olacağını deyirlər. Aidiyyəti orqanlara müraciət etsəm də boş vədlər verərək, yalanlarla aldadılıram. Hesabımda ödənişlərim göstərilmir. 7 aydı ki, heç bir nəticə əldə edə bilməmişəm 23.08.2022  tarixində Prezident İlham Əliyevə məktub yazdım. Ümüdvaram ki, şikayətlərim cavabsəz qalmayacaq".

PS. Sosial sığorta qanunvericiliklə nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığorta sistemi məcburi dövlət sosial sığorta haqları əsasında sığortaolunanlara pensiya təminatından  başqa, digər sosial müdafiə hüquqları ilə də təmin edir.  "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisələrinə pensiya yaşına çatmaq, əlil və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun olması, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq, ölüm, sanatoriya-kurort müalicəsi zərurəti daxildir. Sığortaolunanlar sosial sığorta hadisələri baş verdikdə Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyası və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərlə təmin olunurlar. Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət, qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət, sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi, dəfn üçün müavinət daxildir.

QEYD: Məsələni diqqətdə saxlayacağıq və vətəndaşın şikayətinin araşdırılması üçün aidiyyatı qurumlarla əlaqə saxlyacağıq.

Jalə FAMİLQIZI,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.062351