"Şortiki geyindim getdim" - Əməkdar artist - VİDEO

2022-08-23 23:14:00

Əməkdar artist Kubra Əliyeva rəqs etdiyi görüntüləri tənqid edənlərə cavab verib.

Aktrisa dəniz kənarında rəqs edərkən onun videosunu aparıcı Elgiz Əkbər çəkərək instaqramda yerləşdirib. İzləyicilərin əksəriyyəti isə K.Əliyevanın həm geyimini, həm də rəqsini tənqid edib.

"Getdik Elgizin bağına. Durub rəqs etmişəm instaqramda video yerləşdirmişik. İzləyicilər nələr yazıb. Yazıblar "Oynamağı Kubra xanıma yaraşdırmadım". Niyə? Evdə mən yemək hazırlayıram, musiqi eşidəndə qol qaldırıb oynayıram. Əsl bağ geyimində idik. Mən o bəyənməyənlər üçün yaşamıram, bəyənənlər üçün yaşayıram. Şortiki, güllü koftamı geyindim getdim. Bu qədər" deyə, aktrisa cavabında deyib. 

 

Axşam.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.064061