Saat:00:10
Haqqımızda

Soros Fondu Tacikistanı TƏRK EDİR

2022-11-26 21:28:00

Soros Fondu Tacikistanı TƏRK EDİR

Soros Fondu 25 illik fəaliyyətdən sonra Tacikistanı tərk edir.

Açıq Cəmiyyət İnstitutu Tacikistanda 25 ildən çox fəaliyyət göstərdikdən sonra özünün Tacikistandakı yerli filialını – Yardım Fondunu bağlamaq barədə qərar qəbul edib.

Bəyanatda qeyd edilir ki, bu, “2021-ci ildə əməliyyatlarının prioritetləşdirilməsi və dünya üzrə 20-dən çox yarı-muxtar milli fondunun yeni regional yanaşma ilə yenidən qurulması üçün başlanmış transformasiyanın” nəticəsidir.

Qeyd olunur ki, bununla bağlı Açıq Cəmiyyət İnstitutunun beynəlxalq təşkilatı – Yardım Fondu Tacikistandakı filialı qrant layihələri üçün ərizə və sorğuların qəbulunu dayandırır. Mövcud qrantlar üzrə ödəniş öhdəlikləri vaxtında yerinə yetiriləcək.

Qeyd edək ki, Soros amerikalı maliyyəçi və investordur. Onun fəaliyyəti mübahisəlidir. Milyarderdən tez-tez maliyyə möhtəkiri kimi danışırlar. Soros fəal siyasətlə məşğuldur. Onun fondları dəfələrlə bir sıra ştatlarda hakimiyyət dəyişikliyini təşkil etməkdə ittiham olunub. Maliyyəçi özü də pullarının, xüsusən, 2004-cü ildə Ukraynada “narıncı inqilab”ın və 2013-cü ildə “Avromaydan”ın həyata keçirilməsinə kömək etdiyini inkar etmir. Bir sıra ölkələrdə o, daxili işlərə qarışmaqda ittiham olunurdu. Ermənistanın Baş naziri Nikol Paşinyanın Sorosun adamı olduğu xüsusi vurğulanır. \\KONKRET.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR