Soros fondu Qırğızıstandakı fəaliyyətini dayandırır
2024-04-17 00:15:17
![Soros fondu Qırğızıstandakı fəaliyyətini dayandırır](/frontend/uploads/miles/b646baf5-b2be-448b-871d-1c68015765c7.jpg)
Açıq Cəmiyyət Fondu “xarici nümayəndələr” qanununa görə özünün “Soros-Qırğızıstan” milli fondunun fəaliyyətini dayandırır.
QHT xaricdən maliyyələşdiyindən, bu, istər-istəməz onu yeni qanunvericilik məhdudiyyətlərinə məruz qoyacaq və həm fond, həm də onun tərəfdaşları üçün mənfi nəticələrə, gözlənilməz risklərə gətirib çıxaracaq.
Qeyd edək ki, aprelin 2-də Qırğızıstan Prezidenti Sadır Japarov “Xarici nümayəndələr haqqında” qanunu imzalayıb. İndi xaricdən maliyyə alan və “siyasi fəaliyyət” həyata keçirən Qırğızıstan QHT-ləri “xarici nümayəndələr” kimi tanınırlar. (kommersant.ru)
![](/frontend/uploads/files_son/QAZ12.jpg)