Saat:04:02
Haqqımızda

Son illərdə Mi-17 helikopteri ilə baş verən qəzalar - STATİSTİKA

2021-11-30 23:59:00

Son illərdə Mi-17 helikopteri ilə baş verən qəzalar - STATİSTİKA

Dövlət Sərhəd Xidmətinin Xızı rayonu ərazisində qəzaya uğramış Mi-17 markalı həbi helikopteri SSRİ hərbi sənayesinin istehsalıdır.
 

Hərbi-nəqliyyat helikopterinin hazırda Rusiyanın Kazan və Ulan-Ude şəhərlərində yerləşən iki zavodda istehsalı davam etdirilir. Əsasən hərbi-nəqliyyat helikopteri kimi istifadə olunsa da, silahla da təchiz oluna bilər. Əsas istismarçısı olan Rusiya Hərbi Hava Qüvvələrindən başqa dünyanın təqribən 60 fərqli ölkəsində aktiv istifadə olunur.

 

Son illərdə Mi-17 vertolyotu ilə bağlı baş vermiş qəzalar:

 

12 yanvar 2008-ci ildə Makedoniya HHQ-nə məxsus Mi-17 qəzaya uğrayıb, nəticədə 3 nəfər ekipaj və 8 nəfər sərnişin həlak olub.

 

31 may 2008-ci ildə Çin ordusuna məxsus, içində 14 nəfər olan Mi-17 qəzaya uğrayıb.

 

19 noyabr 2010-cu ildə Hindistana məxsus Mi-17 qəzaya uğrayıb, nəticədə 12 nəfər heyət üzvündən heç kim sağ qalmayıb.

 

11 fevral 2013-cü ildə Azərbaycan HHQ-nə məxsus 1 ədəd Mi-17 qəzaya uğrayaraq Xəzər dənizinə düşüb, 3 nəfər heyət üzvü həlak olub.

 

27 noyabr 2016-cı ildə İrana məxsus Mi-17 Xəzər dənizi üzərində qəzaya uğrayıb, 5 nəfər ölüb.

 

27 mart 2016-cı ildə Əlcəzairə məxsus Mi-17 ölkənin cənubunda qəzaya uğrayıb, 12 nəfər həlak olub və 2 nəfər yaralanıb.

 

Helikopterin ümumi parametrləri belədir:

 

Ekipaj: 3 nəfər ( 2 pilot və 1 mühəndis)

 

Tutumu: 24 nəfər və ya 12 xərək, 4,000 kq yük

 

Uzunluğu: 18.465 m

 

Rotor diametri: 21.25 m

 

Hündürlüyü: 4.76 m

 

Boş çəki: 7,489 kq

 

Yüklü çəki: 11,100 kq

 

Maksimal qalxma çəkisi: 13,000 kq

 

Güc təminatçısı: 2 ədəd Klimov VK-2500PS-03 mühərriki.

 

Uçuş keyfiyyətləri:

 

Maksimum sürət: 280 km/s

 

Maksimal uçuş məsafəsi: 800 km

 

Uçuş tavanı: 6,000 m

 

Yüksəkliyə qalxma sürəti: 8 m/s

 

1,500 kq-dan çox silah, raket və ya aviabomba daşıya bilər. 

 

Bəzi mənbələrdə helikopterin qiymətinin 7 milyon dollar olduğu bildirilir. \\"AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR