Son döyüşlərinin daha bir detalı üzə çıxdı: Ermənilər Zalxa gölünü də itiriblər - Ermənistan KİV

2022-12-05 11:59:00

Son döyüşlərinin daha bir detalı üzə çıxdı: Ermənilər Zalxa gölünü də itiriblər - Ermənistan KİV

13-14 sentyabr döyüşlərinin bəzi detalları üzə çıxmağa başlayıb. Məlum olub ki, Azərbaycan Ordusu Ermənistanın təxribatlarının qarşısını alarkən, təmizlədiyi ərazilər olduqca strateji əhəmiyyətə malik olmaqla yanaşı, həm də əsas su mənbələrinə tam nəzarəti bərpa etməyə imkan verib.

Hurriyyet.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, erməni politoloq Edqar Elbakyan bununla bağlı paylaşdığı məlumatda qeyd edir ki, həmin döyüşlərdən sonra Bərgüşad çayının mənbəyi Azərbaycan Ordusunun nəzarətinə keçib.

O yazıb ki, Bərgüşad çayı mənbəyini Kəlbəcər rayonundakı yüksək Zalxa gölündən götürür. Bir neçə dağlıq ərazidən keçərək, Həkər çayın, oradan da Araza tökülür. “1994-2020-ci illərdə uzunluğu 155 km olan Bərgüşad çayı ermənilərin nəzarətində idi. Lakin müharibədən sonra Bərgüşadın mənbəyi olan Kkəlbəcər-Cermux, həm də ən sulu vadi sayılan Laçın və Qubadlı əraziləri əldən çıxdı”.

Elbakyan iddia edib ki, bu ərazilərin əldən çıxması, bir tərəfdən Ermənistanı və Qarabağı əsas su qaynaqlarından məhrum etməklə yanaşı, həm də Azərbaycanın Sünikə daxil olması üçün imkanlar yaradıb. “Azərbaycan Sünik məsələsini ideoloji cəhətdən həll edib. Onu hərbi və ya danışıqlar yolu ilə əldə etməsi isə zaman məsələsidir”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.188121