Saat:22:46
Haqqımızda

SON DƏQİQƏ: Zəngəzur dəhlizi ilə bağlı QƏRAR VERİLDİ

2025-12-13 19:08:21

SON DƏQİQƏ: Zəngəzur dəhlizi ilə bağlı QƏRAR VERİLDİ

Ermənistan–Türkiyə sərhədinin açılması məsələsi regionda gedən siyasi proseslər fonunda yenidən gündəmə gəlib. Maraqlıdır, bu addım Zəngəzur dəhlizinin reallaşması üçün real zəmin yarada bilərmi?

Mövzu ilə bağlı Konkret.Az-a danışan politoloq Tural İsmayılov bildirib ki, regionda uğurlu əməkdaşlıq formatlarının qurulması üçün Ermənistan üzərinə düşən öhdəliklərə əməl etməlidir. Onun sözlərinə görə, yalnız bundan sonra daha rasional, praktik və regionun sağlam gələcəyinə xidmət edən siyasi proseslərdə iştirak mümkün ola bilər.

Politoloq qeyd edib ki, Azərbaycanın irəli sürdüyü sülh gündəliyi bütövlükdə Cənubi Qafqazı qlobal siyasi və iqtisadi münasibətlər sisteminin mərkəzinə gətirir:

“Azərbaycanın təşəbbüskarlığı Ermənistanın təkcə Cənubi Qafqazdakı mühüm layihələrdən yararlanmasına deyil, eyni zamanda Türkiyə kimi vacib ölkələrlə münasibətlərin normallaşmasına da zəmin yarada bilər”.

Tural İsmayılovun sözlərinə görə, Zəngəzur dəhlizi ilə bağlı Vaşinqtonda paraflanmış sülh müqaviləsindən sonra ortada ciddi razılaşmalar mövcuddur:

“ABŞ Zəngəzur dəhlizinin “Trip Marşrutu” adı altında yenidən formalaşdırılması və açılması məsələsində zəmanətçi ölkələrdən biridir. Zəngəzur dəhlizi artıq yavaş-yavaş açılacaq. Azərbaycan bu istiqamətdə müəyyən işlər görüb. Ermənistan tərəfdə isə 2026-cı ildən etibarən ABŞ investorlarının fəaliyyətə başlayacağı gözlənilir”.

Politoloq vurğulayıb ki, Ermənistan–Türkiyə sərhədinin açılması birbaşa Azərbaycan–Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından asılıdır:

“Azərbaycan və Türkiyə arasında yekun sülh razılaşması olmadan Ermənistan–Türkiyə sərhədlərinin açılması mümkün deyil. Əgər Ermənistan Türkiyə ilə sərhədlərin tezliklə açılmasını istəyirsə, 2026-cı ildə Azərbaycanın ərazi iddialarını əks etdirən konstitusiyasında dəyişikliklə bağlı daha çevik addımlar atmalıdır”.

Onun fikrincə, məhz bu şərtlər yerinə yetirildiyi təqdirdə həm Zəngəzur dəhlizinin açılması, həm də regional əməkdaşlığın yeni mərhələyə keçməsi mümkün ola bilər.

 

Müşviq Tofiqoğlu