SON DƏQİQƏ! Yunanıstandan ŞOK ADDIM - Türkiyə sərhədində...

2022-12-30 15:14:00

SON DƏQİQƏ! Yunanıstandan ŞOK ADDIM - Türkiyə sərhədində...

Son zamanlar Egey və Aralıq dənizində gərginliyi artıran Afina qalmaqallı addım atıb. Türkiyə sərhədində yoxlamalar aparan Yunanıstan Baş Qərargah rəisi Konstantinos Floros gərginliyi artıracaq açıqlamalar verib.

Hurriyyet.az xəbər verir ki, Floros Trakyada Türkiyə ilə Yunanıstan arasında Meriç çayındakı İpsala Sərhəd Qapısının qarşısında yerləşən Kipi Sərhəd Qapısında çəkdirdiyi fotoları sosial media hesabında paylaşıb.

63ae759c4e3fe02aa0280fa8.jpg (85 KB)

“İlk dayanacağımız Kipi körpüsüdür. Müşahidə məntəqəsinin əməkdaşları öz vəzifələrini sədaqətlə yerinə yetirirlər. Yeni iliniz mübarək. Evros (Erik) yıxılmadı, yıxılmayacaq” - Yunanıstan Baş Qərargah rəisi yazıb.

Qeyd edək ki, Floros bu yaxınlarda Egey və Şərqi Aralıq dənizindəki bəzi adaları ziyarət edib. O, qeyri-hərbi adalardakı qoşunları yoxlayıb.

63ae755d4e3fe02aa0280fa4.jpg (116 KB)

Türkiyənin xarici işlər naziri Çavuşoğlu isə Afinaya xəbərdarlıq edib.

"Yunanıstana nəinki 12, heç 1 mil ərazi sularının genişlənməsinə icazə verməyəcəyik. Bir daha xəbərdarlıq edirik. Yanınızdakılara inanaraq yalançı qəhrəmanlığın arxasınca getməyin. Bu sizin üçün yaxşı bitməyəcək”.

Musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.136780