Saat:22:29
Haqqımızda

SON DƏQİQƏ: Vəkil Bəhruz Bayramov Vüqar Məmmədovla görüşdü

2023-07-25 16:08:00

SON DƏQİQƏ: Vəkil Bəhruz Bayramov Vüqar Məmmədovla görüşdü

Vəkil Bəhruz Bayramov az əvvəl “Hürriyyət” qəzetinin Mehdiabadda yerləşən cəzaçəkmə müəssisəsində saxlanılan baş redaktoru Vüqar Məmmədovla görüşüb.

Hurriyyet.az xəbər verir ki, baş redaktor vəziyyətinin normal olduğunu bildirib.

B.Bayramov saytımıza açıqlamasında V.Məmmədov barəsində çıxarılan həbs qərarının qanunsuz olduğunu, bu səbəbdən də Nərimanov Rayon Məhkəməsinin qərarından Apellyasiya şikayəti veriləcəyini deyib.

Bəhruz Bayramov onu da qeyd edib ki, hələ baş redaktora qarşı ittihamların detalları ilə tanış deyil, çünki məhkəmə qərarı indiyədək ona verilməyib.

Xatırladaq ki, dünən hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə “Hürriyyət” qəzetinin, eləcə də eyniadlı “Hurriyyet TV” və Hurriyyet.az saytının baş redaktoru Vüqar Məmmədov və Elnur Məmmədov qanunsuz və əsassız olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388.1.1.1-ci maddəsi ilə (İnformasiyadan istifadə edilməsi, onun yayılması və mühafizə edilməsi qaydaları əleyhinə olan inzibati xətalar) 1 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, baş redaktorun həbsi ilə bağlı dünən axşam saatlarına Baş Prokurorluq da açıqlama yayıb. Prokurorluğun Mətbuat xidmətindən verilən açıqlamada bildirilir:

““Hürriyyət” qəzetinin baş redaktoru Məmmədov Vüqar Tofiq oğlu və Məmmədov Elnur Teymur oğlu tərəfindən "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozularaq internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi faktı üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Aşkar edilmiş hüquqpozmalarla bağlı hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsilə (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib”.

Vüqar Məmmədov kimin sifarişi ilə həbs olundu? – BAŞ REDAKTORUN HƏBSİNİN ŞOK DETALLARI

Bir daha qeyd edək ki, Vüqar Məmmədovun konkret olaraq hansı “qadağan edilən informasiyanı” yaydığı açıqlanmır. Üstəlik, dünən, təxminən saat 18:00-da baş redaktor barəsində həbs qərarı çıxarılsa da, indiyədək məhkəmə qətnaməsi vəkilinə təqdim olunmayıb. Bu baxımdan da, da biz “Hürriyyət” olaraq Vüqar Məmmədova qarşı irəli sürülən ittihamlarla hələ tanış ola bilməmişik.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.272851