Saat:07:57
Haqqımızda

Son dəqiqə: Rusiya bu şəhərə hücuma keçdi - Hədəf Xarkovdur

2024-02-07 15:22:44

Son dəqiqə: Rusiya bu şəhərə hücuma keçdi - Hədəf Xarkovdur

Rusiya qoşunları Liman şəhəri yaxınlığında hücum əməliyyatına başlayıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə hərbi müxbir Andrey Kots məlumat verib.

Liman şəhəri əvvəl Rusiya ordusunun nəzarəti altında olub, lakin 2022-ci ilin payızında mühasirəyə alınma təhlükəsi səbəbindən şəhər tərk edilib.

Liman şəhərinin tutulması Xarkov vilayətinə yol açacaq. Andrey Kots qeyd edib ki, Rusiya hərbçiləri hazırda Limanın şimal-şərqində yerləşən Ternı, Torskoye və Yampol kəndləri ərazisində irəliləyir. Onun sözlərinə görə, bu xətti tutmaq şəhərə girməyə imkan verəcək.

Kots öz mənbələrinə istinadən qeyd edir ki, əməliyyatda “ciddi qüvvələr iştirak edir”.

“Oradan yol həm Slavyanska, həm də Xarkov vilayətinə açılır. Yəni bu, hansısa yolla əldə edilməli olan mühüm mərhələdir”, - jurnalist qeyd edib.

publika.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR