Saat:20:01
Haqqımızda

SON DƏQİQƏ! Putin MÜHÜM FƏRMAN imzaladı - Yeni xarici siyasət BELƏ OLACAQ

2023-04-01 09:44:00

SON DƏQİQƏ! Putin MÜHÜM FƏRMAN imzaladı - Yeni xarici siyasət BELƏ OLACAQ

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşü zamanı Rusiyanın yeni xarici siyasət konsepsiyası haqqında fərman imzalayıb. 

Hurriyyet.az xəbər verir ki, xarici siyasət konsepsiyasında Rusiyanın özünü Qərbin düşməni kimi görmədiyini bildirən bənd yer alıb.

Putin görüşdəki çıxışında deyib:

“Xarici siyasətin həyata keçirilməsinə cavabdeh olan dostlarımdan konstruktiv tərəfdaşlarla əlaqələrin inkişafına xüsusi diqqət yetirmələrini və düşmən ölkələrin Rusiyaya qarşı düşmənçilik mövqeyindən əl çəkmələri üçün lazımi şərait yaratmalarını xahiş edirəm”.

Rusiya lideri daha ədalətli bir dünya nizamı istədiklərini və bu istiqamətdə yeni konsepsiyanın yaradılmasına ehtiyac olduğunu bildirib:

6426f08a4e3fe10cecb366aa.jpg (69 KB)

“Rusiyanın suverenliyinin gücləndirilməsi və daha ədalətli, çoxqütblü dünyanın yaradılmasında rolunun artırılması üzərində çalışmaq vacibdir".

Kreml tərəfindən mətbuata təqdim edilən Rusiyanın yeni xarici siyasət konsepsiyasının məzmununa mühüm maddələr daxil edilib.

Yeni konsepsiyada Rusiyanın xarici siyasətini prezident Vladimir Putinin müəyyən edəcəyi, Rusiyanın Avrasiya və Sakit okean regionunda təsirli bir ölkə olduğu, dünyada tarazlığın qorunmasında fəal rol oynadığı, Rusiya ordusuna qarşı hücumlara cavab verəcəyi, Rusiyanın bioloji və kimyəvi silah hücumları ilə bağlı iddiaları araşdırmağa davam edəcəyi, Avropa və NATO-dan gələn təhdidləri və mümkün hücumları aradan qaldıracağı, müttəfiqləri ilə hərbi əməkdaşlığı inkişaf etdirəcəyi, həmçinin rus mədəniyyəti və rus dili kimi mənəvi dəyərləri qorumağa davam edəcəyini özündə əks etdirən bəndlər yer alıb.

Yeni xarici siyasət konsepsiyasında Qərblə münasibətlərə gəlincə, “Rusiya özünü Qərbin düşməni kimi görmür və özünü təcrid etmir” deyə bir maddə əlavə olunub.

Bundan əlavə, qeyd olunub ki, Rusiyanın prioriteti ABŞ-ın öz iqtisadi mövqeyindən qərəzli istifadə etməsinin qarşısını almaq və başqa ölkəyə qarşı müstəmləkəçilik məqsədlərindən əl çəkməsini təmin etməkdir. Moskva Vaşinqtonu beynəlxalq təhlükəsizlik üçün əsas risk mənbəyi kimi görür: “İki ölkə arasında münasibətlərin inkişafı Vaşinqtonun dominantlıq səylərinin səviyyəsindən asılıdır”.

musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR