SON DƏQİQƏ! Müharibədə rollar dəyişdi: Rusiya düyməyə basdı, Ukrayna isə...

2022-08-02 15:23:00

SON DƏQİQƏ! Müharibədə rollar dəyişdi: Rusiya düyməyə basdı, Ukrayna isə...

Donetsk vilayətində Rusiya-Ukrayna müharibəsinin şiddətləndiyi bir vaxtda Kiyevdən mühüm açıqlama gəlib.

Hurriyyet.az xəbər verir ki, əks hücuma keçən Ukraynanın son 24 saat ərzində 46 yaşayış məntəqəsini azad etdiyi açıqlanıb.

Xerson vilayətinin qubernatoru Dmitri Butriy azad edilən yaşayış məntəqələrinin əksəriyyətinin şimalda yerləşdiyini bildirib.

Ukraynanın uğurlu əməliyyatlar keçirməsində ABŞ-ın verdiyi silahların mühüm əhəmiyyət kəsb etdiyi bildirilir.

Britaniya kəşfiyyatının məlumatına görə, müharibədə istədiyi nailiyyətləri əldə edə bilməyən Rusiya taktikanı dəyişmək üçün düyməni basıb.

“Rusiya aprel ayından bəri izlədiyi plan çərçivəsində həlledici əməliyyatda irəliləyiş əldə edə bilmədikdən sonra, ehtimal ki, hücumunun əməliyyat dizaynını dəyişir” - kəşfiyyat məlumatında bildirilir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057616