SON DƏQİQƏ! İranla sərhəddə DSX-nin MAXE-ləri saxlandı: Narkotik yığırmışlar

2022-07-22 13:07:00

SON DƏQİQƏ! İranla sərhəddə DSX-nin MAXE-ləri saxlandı: Narkotik yığırmışlar

Dövlət Sərhəd Xidmətinin əməliyyat-axtarış orqanları tərəfindən keçirilmiş uğurlu əmə­liyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz döv­riyyəsi ilə məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılıblar.

DSX-dan verilən məlumata görə, iyul ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Horadiz” sər­həd dəstəsinin Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zasta­vasının xidməti sahəsində sərhədboyu zolağa baxış zamanı naməlum şəxslər tərəfindən ərazidə giz­lədilmiş dörd bağlama aşkar olunub.

Dərhal bağlamaların aşkar olunduğu ərazi tam qapadılıb, mümkün hərəkət mar­şrut­ları nəzarətə götü­rülüb, həmin istiqamətdə əlavə sərhəd naryadlarının xidməti təşkil olun­ub. Saat 20 radələrində əraziyə gəlməklə bağlamaları götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən dörd nəfər sərhəd naryadları tərəfindən saxlanılıb.

Tutulmuş şəxslərin şəxsiyyəti araşdırılıb, işğaldan azad olunmuş sərhədyanı ərazi­lərin minalardan təmizlənilməsi tap­şı­rığını yerinə yetirən Dövlət Sərhəd Xidmətinin müd­dət­dən artıq hərbi qulluqçuları olmaları müəyyən edil­ib. Fakt üzrə həyata keçirilmiş təxirə­salınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin təşkilatçısı olan Azərbaycan Respublikasının vətəndaşı, Bərdə rayon sakini, 1998-ci il təvəl­lüdlü Xəlili Hikmət Həsən oğlu saxlanılıb.

Hadisə yerində götürülmüş bağlamalarda ümumi çəkisi 95 kq 700 qram olan narkotik vasitəyə (87 kq 700 qram marixuana, 7 kq 600 qram heroin, 400 qram metamfetamin) və psixotrop tərkibli dərmanlara (“Metadon-40” 1980 həb və “Preqobalin-150” 12465 həb) bənzər maddələrin olması müəyyənləşdirilib.

Cinayət hadisəsinin digər iştirakçılarının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respubli­kasının Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.050231