Saat:20:50
Haqqımızda

SON DƏQİQƏ! DSX ZABİTİ ÖZÜNÜ GÜLLƏLƏDİ - Foto / Yenilənib

2025-09-13 19:05:08

SON DƏQİQƏ! DSX ZABİTİ ÖZÜNÜ GÜLLƏLƏDİ - Foto / Yenilənib

Dövlət Sərhəd Xidmətinin əməkdaşı həlak olub.

Hurriyyet.az xəbər verir ki, DSX zabiti, baş leytenant Hüseyn Ağayev xidmətdə olan zaman ehtiyatsızlıqdan öz silahından açılan atəş zamanı həyatını itirib.

Mərhumun nəşi ailəsinə təhvil verilib və ötən gün dəfn edilib.

*** 

Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti, leytenant Ağayev (adını dəqiqləşdirə bilmədik - red.) odlu silahla özünü güllələyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə etibarlı mənbədən məlumat verilib. 

Bildirilir ki, leytenant Ağayev silahla ehtiyatsız davranma nəticəsində özünü vurub. 

Onun sağlıq durumu ilə bağlı hələlik heç bir məlumat verilmir. 

Leytenant Ağayevin 2025-ci il məzunu olduğu bildirilir.

Əlavə məlumat verəcəyik.

 

Hurriyyet.az