SON DƏQİQƏ!!! Dövlət binası yanır
2022-06-27 19:26:00
Şamaxıda bələdiyyə binasında yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Hurriyyet.AZ-a məlumat verilib.
Bildirilib ki, Şamaxı rayonunun Məlikçobanlı kəndində ümumi sahəsi 30 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və bitişik, ümumi sahəsi 400 m² olan bələdiyyəyə məxsus ikimərtəbəli inzibati binanın dam örtüyünün taxta atmaları 1 m² sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.