Saat:23:53
Haqqımızda

SON DƏQİQƏ: DÇ-2026-ya yollanacaq daha 1 komanda müəyyənləşdi

2025-03-26 00:14:18

SON DƏQİQƏ: DÇ-2026-ya yollanacaq daha 1 komanda müəyyənləşdi

2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatına (DÇ-2026) daha bir komanda vəsiqə qazanıb.

Asiya zonasından təsnifat mərhələsinə qatılan İran yığması bir neçə dəqiqə öncə başa çatan Özbəkistanla oyunda planetin ən mötəbər futbol yarışına vəsiqəni rəsmiləşdirib.

Matç 2:2 hesabı ilə nəticələnib. Bununla da xalını 20-yə çatdıran İran komandası qrupda rəqibləri üçün əlçatmaz olub.

Özbəkistan yığmasının da tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə düşmək üçün yaxşı şansı var. Əgər bu gün Birləşmiş Ərəb Əmirlikləri (10 xal) Şimali Koreyaya uduzsa, 17 xalı olan özbəklər sona 2 tur qalmış vaxtından qabaq vəsiqəni təmin edəcəklər.

Beləliklə, DÇ-2026-da mübarizə aparacaq 48 komandadan 6-cısı müəyyənləşib: 

1. ABŞ (ev sahibi)

2. Kanada (ev sahibi)

3.  Meksika (ev sahibi)

4. Yaponiya

5. Yeni Zelandiya

6. İran

 

\\Offsideplus.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.197094