Somalidə terror. Ölənlər və yaralananlar var

2021-11-25 14:00:00

Somalidə terror. Ölənlər və yaralananlar var

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Somalinin paytaxtı Moqadişu şəhərində səhər saatlarında baş vermiş terror aktı nəticəsində 8 nəfər həlak olub, 23 nəfər isə yaralanıb. Ölənlər arasında mülki vətəndaşlar da var.

Somali polisinin “Anadolu Agentliyi”nin müxbirinə açıqlamasında partlayışın Afrika Birliyi Somali Missiyasının (AMISOM) maşın karvanının keçdiyi zaman avtomobildəki bomba qurğusunun işə düşməsi nəticəsində baş verdiyi bildirilib. 

Terrorun törədilməsində Əş Şəbab təşkilatı ittiham edilir. 

Hücumda yaralananlardan 13 nəfəri Rəcəb Tayyib Ərdoğan Xəstəxanasına aparılıb.

Əş Şəbab Somalidə asayiş qüvvələrinə və dinc sakinlərə qarşı tez-tez terror aktları törədir. 

Hürr Tərcüman