Saat:14:04
Haqqımızda

Şolz Ukraynaya yardımla bağlı: "İndi bu barədə razılığa gəlmək vaxtıdır"

2024-02-01 17:55:12

Şolz Ukraynaya yardımla bağlı:

Almaniya kansleri Olaf Şolz dörd il ərzində Ukraynaya 50 milyard avro məbləğində uzunmüddətli büdcə yardımı davam etdirələcəyinə ümid edir.

Hurriyyet.az xəbər verir ki, o, bunu Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilən sammitinə gələrkən bəyan edib.

"Son həftələr ərzində intensiv müzakirələr apardıq və əminəm ki, bu (maliyyələşdirmə) mümkün olmalıdır. Aİ-yə üzv ölkələr bu həllin necə görünməli olduğunu bilirlər, buna görə də hesab edirəm ki, indi bu barədə razılığa gəlmək vaxtıdır. Mən bütün 27 Aİ ölkəsinin razılığa gəlməsi üçün hər cür səy göstərəcəyəm", - deyə Almaniya kansleri qeyd edib.

2023-cü il dekabrın 14-15-də Brüsseldə keçirilən Aİ-nin sonuncu sammitində Macarıstanın baş naziri Viktor Orban 2024-2027-ci illər üçün icma büdcəsinə Ukraynaya 50 milyard avro vəsaitin ayrılmasını nəzərdə tutan düzəlişləri bloklayıb. Əvəzində o, vəsaitlərin xərclənməsinə ciddi nəzarət etməklə Kiyevə hər il maliyyə yardımı göstərməyi təklif edib.

Yanvarın 30-da Fransanın “Le Point” jurnalına müsahibəsində Orban təsdiqləyib ki, Macarıstan Aİ-yə bu qərarın hər il yenidən təsdiqlənməsi şərti ilə Ukraynaya vəsaitin ayrılmasını nəzərdə tutan kompromis təklifi təqdim edib.

Bizimyol.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR