Solovyovdan məğlubiyyət etirafı: “Artıq vaxtıdır...”

2022-09-12 14:40:00

Solovyovdan məğlubiyyət etirafı: “Artıq vaxtıdır...”

“Amerikanın müharibə strategiyası mülki də daxil olmaqla infrastrukturun məhv edilməsini nəzərdə tutur. İndi amerikalılar xoşbəxtdirlər. HIMARS-ın tədarük etdikləri təchizatların 400 kritik hədəfi vurduğunu söyləyirlər. Eyni zamanda, biz yaxşı bilirik ki, bunlar heç bir halda hərbi obyekt deyildi”

Hurriyyet.az xəbər verir ki, bunu rusiyalı teleaparıcı Vladimir Solovyov “Rossiya1” telekanalının efirində deyib.

Onun sözlərinə görə, bu obyektlərin əksəriyyəti Donetskin infrastrukturuna birbaşa olaraq endirilən zərbələrdir.

“İndi bütün ərazilərə Ukrayna Silahlı Qüvvələri zərbələr endirdiyini görürük. Onlar açıq-aydın şəkildə vururlar. Bu, NATO strategiyasının bir hissəsidir. Niyə biz bunu etmək istəmirik? Ukraynada yanacaq və sürtkü yağları yenidən haradan peyda oldu? Axı biz bu məsələni Ukraynada Rusiyanın əməliyyatlarının əvvəlində tamamilə həll etdik. Dəhşətli aclıq var idi. Məncə, sərtlik nümayiş etdirmək vaxtıdır! Artıq sərt mövqe sərgiləmə vaxtıdır!", - Solovyov bildirib.

olke.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061664