Saat:01:03
Haqqımızda

Solovyov “RİA Novosti”nin yolu ilə getdi - Azərbaycana qarşı NÖVBƏTİ TƏXRİBAT

2022-06-28 17:51:00

Solovyov “RİA Novosti”nin yolu ilə getdi - Azərbaycana qarşı NÖVBƏTİ TƏXRİBAT

Rusiyalı jurnalist Vladimir Solovyov Azərbaycana qarşı növbəti təxribat törədib.

Hurriyyet.az xəbər verir ki, erməni millətçilərinin bu qatı dəstəkçisi bədnam David Babayanı (Qarabağdakı qondarma “Arsax” rejiminin “xarici işlər naziri”) özünün “Tam əlaqə” verilişinin efirinə gətirib.

Üstəlik, onu “Dağlıq Qarabağın Xarici İşlər Naziri” kimi təqdim edib. O isə dərhal vəziyyətdən istifadə edərək deyib ki, “Arsax” Azərbaycanın tərkibində olmayacaq, ermənilər minilliklər boyu burada yaşayıb, Qarabağ həmişə erməni torpağı olub.

Bir sözlə, Solovyov Azərbaycanın ərazi bütövlüyünə qarşı sistemli hücumlarına görə hazırda bloklanan “RİA Novosti” saytı ilə eyni şeyi edib.

Yəni Vladimir Solovyov Azərbaycana qarşı təxribatını Rusiya XİN rəhbərinin səfəri zamanı Bakıda Azərbaycanla Rusiya arasında informasiya təhlükəsizliyi haqqında saziş imzalanandan bir neçə gün sonra həyata keçirib.

Xatırladaq ki, iyunun 3-də axşam saatlarından Azərbaycan ərazisində Rusiyanın “RİA Novosti” agentliyinin saytına giriş məhdudlaşdırılıb. Buna səbəb kimi agentliyin Qarabağdakı separatçılardan biri Artak Beqlaryanın müsahibəsini yayması göstərilir.

Bununla da dövlət agentliyi növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alaraq, Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazini "Dağlıq Qarabağ Respublikası", Artak Beqlaryanı isə "dövlət naziri" kimi təqdim edib.

“RİA Novosti”nin bu addımı Azərbaycanda kəskin etirazla qarşılanıb. Azərbaycan Xarici İşlər Nazirliyi agentliyin bu hərəkətini pisləyən açıqlama yayıb.

Bizim.Media

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR