Sökülən parklanma yerinin təşəbbüskarı: “Səhv eləmişəm”

2022-06-08 09:14:00

Sökülən parklanma yerinin təşəbbüskarı: “Səhv eləmişəm”

Xəbər verdiyimiz kimi,  Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi baş verib və qeyri-qanuni parklanma yeri yaradılıb.
Məsələ mətbuatda işıqlandırıldıqdan sonra ölkə başçısı İlham Əliyev tərəfindən verilən tapşırığa uyğun olaraq dərhal qanunsuz parklanma yeri sökülüb və piyada səkisi əvvəlki vəziyyətə gətirilib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bir müddət əvvəl Baku TV-yə parklanma ilə bağlı verdiyi açıqlamasını təkzib edib.

O jurnalistlərə açıqlaması zamanı belə bir təşəbbüs irəli sürmədiyini deyib. Jurnalistlərin “Bəs niyə o statusu yazmışdınız?” sualına isə “Ola bilsin, səhv etmişəm” deyə cavab verib.

Baku TV


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya